“İnter”in kubokda məğlubedilməzliyi və sindromu
05.05.2011 - 09:14
“İnter”in kubokda məğlubedilməzliyi və sindromu
“Xəzər Lənkəran” və “İnter” klubları 4-cü dəfə Azərbaycan kubokunun finalına çıxırlar. Apasport.az saytının hesablamalarına görə, mayın 24-də finalda görüşəcək komandalar yalnız 2005/06 mövsümündə kubokun finalında təmsil olunmayıblar. “İnter” üçün hər 3 həlledici oyun uğursuz olduğundan, sindromu bu dəfə qırmaq imkanı var. Belə ki, “bankirlər” 2005-ci ildə “Bakı”ya (1:2), 2008-ci ildə “Xəzər Lənkəran”a (0:2) əlavə , 2009-cu ildə “Qarabağ”a əsas vaxtda uduzub (0:1). “Xəzər Lənkəran isə ötən mövsüm “Bakı”ya əlavə vaxtda yenilib – 1:2. Lənkəranlılar bundan əvvəl “İnter”lə yanaşı, “MKT-Araz”ı Tofiq Bəhramov adına Respublika yenib və 2007-ci ildəki bu kubok kolleksiyasında ilk olub.

“İnter”in “Xəzər Lənkəran”dan üstünlüyü cari mövsümdə məğlubedilməzliyi ilə bağlıdır. Belə ki, “bankirlər” bu turnirdə keçirdikləri 5 oyunun heç birində uduzmayıb, yalnız 1 qol buraxıb. Son çempion kubokun ötən 2 mərhələsində eyni nəticə göstərib. Yəni həm “Abşeron”, həm də AZAL-la ev oyunu qolsuz bərabərliklə nəticələnib, səfərdə 1:0 hesablı qələbə sayəsində mərhələ adlanılıb. “Xəzər Lənkəran” isə kubokda ilk məğlubiyyətini “Bakı” ilə səfərdəki cavab yarımfinal oyununda aldı – 1:2. Yeri gəlmişkən, “Bakı” “İnter”i də kubokda son yenən komandadır. Bu, ötən mövsüm yarımfinalında “Şəfa” stadionunda 3:1 hesablı səfər qələbəsi ilə olub.

Mehman SÜLEYMANOV