Azərbaycan kubokunun finalında yeganə cəzalı
05.05.2011 - 09:36
Mayın 24-də Azərbaycan kubokunun finalında görüşəcək “Xəzər Lənkəran”la “İnter” tam heyətlə meydana çıxa biləcəklər. Apasport.az saytının məlumatına görə, həlledici oyunda üzləşəcək komandaların cəzalı futbolçu ilə bağlı problemi yoxdur. “İnter” ümumiyyətlə, kubokda ən azı sarı vərəqə alan komandadır. Təsadüfi deyil ki, ”bankirlər” AZAL-la hər 2 yarımfinal oyununda sarı vərəqə almadı. “İnter” kubokda keçirdiyi 5 oyunda yalnız 4 futbolçusu sarı vərəqə alıb. Bu da “Abşeron”la görüşdə cəzalanan Kaxaber Mjavanadze, Robertas Poşkus, Vladimir Levin və İlya Kandelakidir.
“Xəzər Lənkəran” isə 5 oyunda 13 dəfə sarı vərəqə alıb. Komandada 2 futbolçu cəza üzündən kubok matçından kənarda qalıb. Belə ki, Adrian Pit “Bakı” ilə ilk, Elnur Abdullayev cavab oyununu bu səbəbdən buraxmalı olmuşdu. Abdullayevin cəzasının müddəti bitdiyindən, finalda meydana çıxa biləcək. “Bakı” ilə cavab oyununda sarı vərəqə alan Elnur Allahverdiyev, Dieqo Souza, Manuel Skarlatakedə bu, ilk olduğundan cəza problemi ilə üzləşməyəcəklər. Əvəzində komandanın baş məşqçisi Mirça Rednikin cəzası hələ bitməyib. Finalı texniki zonadan kənarda izləməli olacaq rumıniyalı mütəxəssis 5 oyunluq cəzasının yalnız 3-ü arxada qoyub. Həlledici görüşdə onu köməkçisi, həmyerlisi Mihay Teja əvəzləyəcək.
Qeyd edək ki, cari mövsümdən çempionatla kubokda alınan sarı vərəqələrin bir-birinə aidiyyatı yoxdur.
Mehman SÜLEYMANOV

0
0