Ferqyusson “Barsa”dan qorxmur: Gecə 4 dəfə yuxudan oyandım
05.05.2011 - 10:02
Ferqyusson “Barsa”dan qorxmur: Gecə 4 dəfə yuxudan oyandım
”Ötən gecə demək olar yatmadım. 4 dəfə yuxudan oyandım...Ancaq bu uşaqlar mənə onlarla fəxr etməyə məcbur etdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson deyib.

2 illik fasilədən sonra Çempionlar Liqasının finalında “Barselona” ilə görüşəcək Almaniyanın “Şalke” klubunu cavab yarımfinal oyununda böyük hesabla yenib – 4:1. Ferqyusson “Çelsi” ilə həftəsonu Premyer Liqa oyunun olduğunu nəzərə alaraq, əsas futbolçularını qoruyub və ilk oyunla müqayisədə 9 dəyişiklik edib: “Mən hər mövqeyi təhlil etdim. Onlardan hər biri “Mançester Yunayted”in futbolçusudursa, niyə etibar etməyək? Mənə heyətlə bağlı qərar qəbul etmək çətin idi, ancaq “Arsenal”a məğlubiyyət məni bu addıma vadar etdi. Söhbət Çempionlar Liqasından gedir. Mən məhz bu heyəti meydana buraxmağı bir neçə dəfə soruşdum. Mən çox şadam ki, komanda ümidləri doğrultdu”.

Komandanı 25 il çalışdıran şotland mütəxəssisin fikrincə, Çempionlar Liqasında qalib gəlmək iqtidarındadırlar: “Sözsüz ki, “Barselona” indi yaxşıdır. Onlar gözəl futbol nümayiş etdirir. Onların oyununu izləmək yalnız zövqdür. Ötən dəfə “Barselona” ilə oyunda biz favorit idik. Ola bilsin ki, biz daha təcrübəliyik. Ancaq son oyunumuzdan bu yana klubların inkişafından danışsaq, “Barsa” indi ən pikdədir. Buna görə biz ciddi hazırlaşmalıyıq və möhtəşəm final olmalıdır”.

Ferqyusson 0:2 hesabı ilə uduzduqları “Barsa”dan qorxmadıqlarını bildirib: “Niyə öz gücümüzə şübhə etməliyik? Bəli, “Barselona” bu mövsüm Avropada gözəl oynayır, bizə qarşı ən yüksək səviyyəli komanda oynayacaq. Ancaq bu, qorxmağa əsas vermir! “Barselona”nın necə oynadığı hamıya məlumdur. Bizim vəzifəmiz onunla necə mübarizə aparmağı fikirləşməkdir. “Uembli”dəki finalda keyfiyyət öz sözünü deməlidir. Bunu hər 2 klubun tarixində və ənənələrində görmək olar. Finalda yaxşı oyunun alınacağına şübhə etmirəm”.