507 günlük kabusa son
05.05.2011 - 10:23
“İnter” Azərbaycan kubokunun finalına 507 günlük həsrətə son qoymaqla çıxdı. Apasport.az saytının hesablamalarına görə, “bankirlər” yarımfinalda 1:0 hesabı ilə yendikləri AZAL-ı 5-ci cəhddə üstələyə bildi. Cari mövsümdə “təyyarəçilər”lə oyun Kaxaber Sxadadzenin yetirmələri üçün uğursuz alınırdı. Belə ki, “İnter” tarixində ən böyük hesablı məğlubiyyəti səfərdə AZAL-dan aldı – 0:5. İkinci dövrədə rəqibi ilə bərabərliyə qalan (1:1) “bankirlər” “altılıq”da səfər oyununda yenildi (0:1). “İnter” kubokda birinci dəfə görüşdüyü AZAL-a ilk yarımfinal matçında rəqibin müqavimətini qıra bilmədi – 0:0. Nəhayət, kabus bitdi və “İnter” Şüvəlanda debüt kubok oyununda ilk qalib kimi tarixə düşdü. Oyunda yeganə qolun müəllifi olan gürcü yarımmüdafiəçi David Odikadze cari mövsümdə kubokda qol hesabını açdı.
“Bankirlər” sonuncu AZAL-ı ötən mövsüm son görüşündə, rəqibi “Olimpik-Şüvəlan” adlananda yenmişdi. Bu, 2009-cu ilin dekabrın 13-də olmuş və növbəti qələbəni 507 gün gözləmək lazım gəldi. Maraqlıdır ki, onda da “təyyarəçilər” evdə 0:1 hesabı ilə uduzmuşdu. Fərq komandanın həmin vaxt ev oyunlarını “Şəfa” stadionunda keçirməsi, indi isə rəqiblərini artıq Şüvəlandakı öz arenasında qəbul etməsidir.
Mehman SÜLEYMANOV

0
0