Əvvəl top daşıyan, sonra ölkə çempionu - FOTO
05.05.2011 - 11:06
Türkiyə millisinin futbolçusu Nuri Şahin yetirməsi olduğu Dortmundun “Borussiya” klubunun top daşıyanı olub. Apasport.az saytının məlumatına görə, komandası ilə cari mövsümdə birinciliyi qazanan yarımmüdafiəçinin son çempionluq zamanı 13 yaşı olub.
Bu, 2002-ci ildə olub və həmin vaxt “Borussiya”nın futbolçuları qol sevinci yaşadıqları zaman Nuri meydanın kənarında fotokameranın obyektinə düşüb.
İndi isə 22 yaşlı Nuri dortmundluların 9 illik çempionluq həsrətinə son qoyulmasında böyük əməyi olanlardandır. “Borussiya”nın azarkeşlərini gənc liderin növbəti mövsümdə qalıb-qalmayacağı maraqlandırır. Madrid “Real”ının türkiyəlini transfer etməsi ilə bağlı xəbərlər gündəmdən düşmür. Almanlar 20 milyon avro qarşılığında Nurinin keçidinə icazə verəcəklərini bildiriblər.

- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0