Fabian Veldviyk: “Xəzər Lənkəran” Avropa səviyyəsinə çatıb
05.05.2011 - 11:20
Fabian Veldviyk: “Xəzər Lənkəran” Avropa səviyyəsinə çatıb
“Siz ilk baxışdan “Xəzər Lənkəran”ın necə klub olduğu haqda nə isə bilməzsiniz. Lakin mən artıq bu komandaya bələdəm. Deyə bilərəm ki, onlar artıq Avropa səviyyəsinə çatıblar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun idman direktoru Fabian Veldviyk deyib.

37 yaşlı hollandiyalı mütəxəssis bu ilin fevralından sıralarında olduğu klubdakı durumdan çox razıdır. Veldviyk Hollandiya mətbuatına açıqlamasında yeni iş yeri haqda danışıb: “Klubun 15 min tamaşaçı tutan müasir stadionu var. Orada komandaya Azərbaycanın “Çelsi”si deyirlər. Amma bu, o demək deyil ki, mən ora maddi marağım üçün getmişəm. Bu, mənim üçün bir çağırış, özünü təsdiqləmək şansıdır. Yoxsa ki, inkişaf üçün Hollandiya klublarında qalmağım daha məntiqə uyğun idi. Lakin iddialı olduğumdan çağırışı qəbul etdim”.

Qeyd edək ki, əsas işi aşağı yaş qruplarına nəzarət və rəhbərlik olan Veldviyk artıq həmyerlilərini də kluba dəvət edib.