“Gümüş savaşı”na 2 günlük yol
05.05.2011 - 11:34
“Gümüş savaşı”na 2 günlük yol
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXX turunun “Xəzər Lənkəran”la oyununa xüsusi önəm verir. Apasport.az saytının məlumatına görə, bu üzdən də ağdamlılar gümüş medalların taleyi baxımından əhəmiyyət kəsb edən qarşılaşmaya 2 gün əvvəldən yollanacaq.

Bu gün səhər klubun bazasına yığışan “Qarabağ” Bakıdakı son məşqini Suraxanı qəsəbə stadionunda keçirir. Günorta yeməyindən sonra isə komanda “gümüş savaşına” yollanacaq.

Sabah oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq Qurban Qurbanovun yetirmələri “Xəzər Lənkəran”la oyuna xüsusi hazırlığı məhz cənub bölgəsində tamamlayacaq.

Qeyd edək ki, müvafiq olaraq 55 və 54 xala malik “Xəzər Lənkəran”la “Qarabağ” arasında oyun mayın 7-də Lənkəran şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.