“Şaxtyor” klubuna qol vurdu, Azərbaycandan təklif aldı
06.05.2011 - 09:16
Albaniya milli komandasının futbolçusu Parid Cihani karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Ukraynanın “Zarya” klubunda çıxış edən 28 yaşlı hücumçu klublarımızdan birindən təklif aldığını açıqlayıb.
Sonuncu qolunu Donetsk “Şaxtyor”una vuran Parid son vaxtlar klubunda problemlə üzləşib. Baş məşqçinin o qədər də güvənmədiyi Cihani bu üzdən özünə yeni komanda axtarır.
Daha doğrusu, albaniyalı aldığı çoxsaylı təkliflər arasında seçim etməlidir: “Albaniya çempionatının lideri “Skenderbeu”nun prezidenti mənimlə əlaqə saxlayıb, komandasında görmək istədiyini bildirdi. O, çox cəlbedici təklif etsə də qərarımı verməmişəm. “Zarya” ilə müqaviləm gələn ay bitir ki, həmin vaxtı gözləməyi lazım bildim. Bir Ukrayna klubu da xidmətimdə maraqlıdır. Bu 2 klubla yanaşı, Azərbaycandan da təklif almışam”.
Qeyd edək ki, Cihani karyerası ərzində vətənində “Besa”, “Skumbini”, “Dinamo”, “Teuta”, Ukraynada isə “Şaxtyor-2” və “Zarya”da oynayıb. O, ötən ildən çağırılmağa başladığı Albaniya yığmasında 1 matç keçirib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0