Joze Mourinyo ilə başladı, 34 yaşlı tələbəsi ilə davam edir
06.05.2011 - 09:55
“Portu” klubu məşhur sabiq baş məşqçisi Joze Mourinyonun yolunu davam etdirir. Apasport.az saytının məlumatına görə, ən yaxşı dövrünü 2000-ci illərin əvvəlində onun rəhbərliyi altında keçirən komanda 17 ildən sonra avrokubokların finalına çıxdı. Mourinyolu “Portu” 2002-ci ildə Avroliqanın xələfi olan UEFA kubokunu, növbəti il Çempionlar Liqasının (ÇL) və Qitələrarası Kuboku qazanıb. Şəhərin eyni adlı təmsilçisi ilk uğurlu dövrü isə 1987-ci ildə olub ki, onda Çempionlar Kubokunu (indiki ÇL) və UEFA Superkubokunun sahibi olub.
Cari mövsümdə möhtəşəm çıxış edən “Portu” çempionatda uduzmayaraq, yalnız 2 dəfə heç-heçə edib və ən yaxın izləyicisi “Benfika”nı 21 xal qabaqlayaraq, vaxtından əvvəl çempion olub. Hər 3 məğlubiyyətini finalına çıxdığı Avroliqada alsa da, bu, ona mərhələ adlamasına mane olmadığından, uğursuzluq sayılmamalıdır. Böyük məhsuldarlıq göstərən “Portu” əksər oyunlardan 2 və daha artıq qol vurur.
Komandanın bu uğurunda isə cəmi 34 yaşı baş məşqçisi Andre Villaş-Boaşın əməyi böyükdür. Onun yaşıdları hələ futbol oynadıqları halda, gənc portuqaliyalı çalışdırıcı bu yaşında təcrübəli həmkarlarının həsəd aparmalı olduğu nailiyyətlə imza atıb. Sözsüz ki, bunda Villaş-Boaşın Mourinyo məktəbi keçməsinin böyük rolu var. Axı o, dünyanın ən güclü məşqçisinin elə “Port”da, “Çelsi” və “İnter”də köməkçisi olub və çoxsaylı titulları qazanıb. Mourinyo Madrid “Real”ına gedərkən isə onunla birgə yox, artıq baş məşqçi kimi müstəqil işləməyi üstün tutan Villaş-Boaş debütdə böyük uğurlara nail oldu. O, vaxtilə köməkçisi, indi isə baş məşqçi olduğu “Portu” ilə avrokubokların finalına çıxaraq, Avropada titul qazanmağa iddialıdır və buna şansı da çoxdur.
Qeyd edək ki, “Portu”nun finalda rəqibi öz çempionatından yaxşı tanıdığı, tarixində ilk dəfə avrokubokların finalına çıxan “Braqa” olacaq.
Mehman SÜLEYMANOV

0
0