Şişirdilmiş məbləğ və ya Berti Foqts məhkəmədə pul davasına çıxdı
06.05.2011 - 11:52
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis məişət probleminin həlli üçün məhkəməyə də müraciət edib.
Məsələ ondadır ki, Foqtsla “Edeka” supermarketi arasında narazılıq yaranıb. Mütəxəssis və sabiq xanımı Monikaya məxsus Karst şəhərindəki evin 1-ci mərtəbəsində yerləşən mağaza sahibləri ilə anlaşılmazlığa su səbəb olub.
Belə ki, Foqtsa məxsus evdən daman su supermarketi ziyana salıb. İndi mağaza rəhbərliyi mütəxəssisdən dəymiş ziyanı ödəməyi tələb edir. Onların iddiasına görə, yığmamızın baş məşqçisi 9270,77 avro ödəməlidir. Foqts isə bu məbləği şişirdilmiş sayır və məsələni məhkəmədə həll etməyə qərar verib.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0