“Turan” mənim Leylamdır, yenə gələcəm”
06.05.2011 - 12:14
Tovuzun “Turan” klubunun baş məşqçisi postundan kənarlaşdırılan türkiyəli mütəxəssis Naci Şensoyun apasport.az saytına müsahibəsi
- Baş məşqçi postundan uzaqlaşdırılmağınız düzdür?
- Bəli. Artıq “Turan”la əlaqələrim kəsilib. Hazırda yoldayam, İstanbula gedirəm.
- Vəzifənizdən niyə çıxarıldınız: Problem nə idi?
- Heç bir problem yox idi. Postumdan kənarlaşdırılmağımın səbəbini klub prezidenti Musa Süleymanovdan soruşmaq lazımdır. Qışda “Turan”a gələndə il yarımlıq müqavilə imzalamışdım. 6 ay keçdi, hələ 1 ilim qalıb. Müqaviləm isə 2012-ci il iyulunadək davam edir. Çempionatın bitməsinə 3 tur qalıb, “Turan” Premyer Liqada yerini qoruyub, 10-cu yerdə bitirəcək. Yəni, mən komandanın güclülər dəstəsində saxlamaq vəzifəsini yerinə yetirdim.
- Hər halda, Süleymanov sizi vəzifənizdən çıxarırsa, buna bir səbəb göstərməlidir...
- Musa müəllim mənimlə çalışmaq istəmədiyini yazılı şəkildə bildirdi.
- Yazılı şəkildə səbəb kimi nə göstərib?
- Çox cılız səbəblərdir. “Turan”ın əvəzedici komandasının zəifləməsini göstərib. Peşəkar məşqçiyəm və mənim əvəzedici komandaya məsuliyyətli olmağım haqda müqavilədə heç bir bənd yoxdur. Çalışdırdığım komandanın son 4 oyunda uduzması, nə bilim, futbolçuları məşqdə təhqir etdiyim əsas gətirilib. Halbuki, yalan söhbətdir. Bu haqda çox danışmaq istəmirəm. Sadəcə, saytınız vasitəsilə bildirirəm ki, FİFA, UEFA və AFFA-nın qaydalarına əsasən haqqımı alacağam. Çünki “Turan”la müqaviləm var, Süleymanov işimə birtərəfli qaydada son verib. Bu zaman mənə kompensasiya ödənilməlidir və bunu ondan alacağam. Mən “Turan”da 3-cü dəfə işlədimsə, Musa Süleymanov ilk dəfədir prezidentdir. “Turan”sevərlərə məni dəstəklədiklərinə görə təşəkkür etmək istəyirəm. Ancaq bir narahatçılığım var.
- Nə?
- “Turan”ın qış fasiləsində “Simurq”la xalları bərabər idisə, indi 12 xal üstündür. İnanın ki, Musa Süleymanov mənə problemlər yaratmaqda idi. Premyer Liqada qalmağı təmin etsək də, kubokdan kənarda qaldıqdan, AZAL-la oyundan sonra pul verməmək üçün legionerləri göndərməyimi istədi. Onda dedim ki, belə etsək, birinci dəstəyə düşə bilərik. Bundan sonra cavab verdi ki, AFFA-dan bu il heç bir komandanın güclülər dəstəsini tərk etməyəcəyini deyiblər. Onda soruşdum ki, bax, mən peşəkar məşqçiyəm, dediklərin 100 faiz dəqiqdirsə, əlində hansısa sənəd varmı? Dedi ki, yox. Mən də onda “sənə inanmıram” dedim. Əgər sən “Turan”la bağlı risk etmək istəsənsə də, mən bunu bacarmaram. Onda tovuzlu azarkeşlərin üzünə baxa bilmərəm. Özün görürsən ki, məni Tovuzda nə qədər sevirlər.
- Qalan 1 illik müqaviləyə görə kompensasiyanız nə qədərdir?
- Bu, müqavilədə yazılıb, önəmli deyil.
- Böyük məbləğdir?
- Normaldır. Böyük məbləğ ola bilməz, milyon pul qazanmıram ki.
- Əgər Süleymanov borcu ödəməzsə, FİFA və UEFA-ya şikayət edəcəksiniz?
- Mən Süleymanovdan pulumun son qəpiyinə kimi alacağam. Çünki bu, mənim haqqımdır. Siz kompensasiyaya fikir verməyin. Mən onu deyirəm ki, Musa müəllimi dinləsəydim, “Turan” indi I divizionda idi. Komandanı 95 faiz güclülər dəstəsində saxlamışam. Qalan 5 faiz isə bu turda rəsmiləşməli idi. Amma imkan vermədi.
- AFFA-nın 5 oyunluq cəzasına məruz qaldığınızdan, mövsüm sizin üçün vaxtından əvvəl bitdi. Süleymanov bunu da səbəb göstərdi?
- Qardaşım, UEFA və FİFA-da kimdi buna səbəb kimi baxan? Ona qalsa, Mirça Rednik də 5 oyunluq cəzalanıb. Məni dinlə, sonra suallarını verərsən. Prezident komandanın inzibatçısının 400 dollarlıq maaşının 100 dollarını səbəb olmadan kəsir. O, mənə bir sıra, AZAL kubok matçından sonra hər gün problem yaratdı. Bəzi legionerlərin, o cümlədən, Georgi Çediyanın pulu vermədən göndərdik. Hər gün futbolçuların pulunun verilməməyi ilə bağlı şikayət vardı. Belə çoxlu problemlər olan zaman mənim də bir baş məşqçi kimi işim çətinləşirdi.
- Ancaq bir müddət öncə sizdən Süleymanovla aranızda problemin olub-olmadığını soruşduqda cavab verdiniz ki, hər şey yaxşıdır və ona böyük hörmətiniz var. İndi isə başqa şeyləri deyirsiniz. Bunu necə izah edərdiniz? Niyə vaxtında narazılığınızı bildirmidiniz?
- Qardaşım, niyə bildirim ki? Mən “Turan”ın problemlərinə dözdüm. Məgər bu komandanın 1-ci dəstəyə yuvarlanmasını istəyirsiniz? İstəmədim ki, narazılığımı bildirib, mətbuatda polemika yaransın. “Turan”ı Premyer Liqada saxlayandan sonra vəziyyəti açıqlayacaqdım. Saytınız vasitəsilə Tovuz azarkeşlərinə hər oyundan sonra “Şensoy, Şensoy” deyə qışqırdıqları üçün minnətdarlığımı çatdırıram. Sizin vasitənizlə bir mesaj göndərirəm ki, əgər gələn il “Turan” onun əlində qalsa, güclülər dəstəsindən düşəcək. Şensoy indidən sizi xəbərdar edir. “Turan”sevərlər, komandanı Musa Süleymanovun əlindən alınması üçün indidən hər şeyi etməlidirlər. Bu, mütləq olmalıdır, yoxsa komanda milli çempionatlar tarixində ilk dəfə güclülər dəstəsində qalmayacaq. Bu il Naci Şensoy “Turan”ı birinci diviziona düşməkdən qurtardı, ancaq gələn il heç kimi bunu etməyəcək. Təəssüf ki, onda “Turan” “Neftçi” və “Qarabağ” kimi bütün milli çempionatlarımızın iştirakçısı olmayacaq. Mən proqnozumu zəngin təcrübəmə əsasən deyirəm.
- Süleymanovun xarakterini bilirdinizsə, onunla işbirliyinə niyə razılıq verdiniz? Ondan belə münasibət gözləmirdiniz?
- Mən hələ keçən il “Turan”a dəvət edilmişdim. Süleymanov həmin vaxt mənə dəvət göndərmişdi. Onun necə insan olduğu ilk tanışlığımız zamanı gördüm və bu səbəbdən birgə işləmək istəməyərək, Bolqarıstana getdim. Çünki Musa müəllimin xarakteri heç xoşuma gəlmədi. Mən Bolqarıstanda işlədiyim zaman “Turan” mövsümə Sakit Alıyevlə başladı, bundan sonra gürcü Revaz Dzodzuaşvili ilə davam etdi. Həmin vaxt komanda aşağı düşürdü. Həmin vaxt “Turan”çılar mənə zəng vurub dedilər ki, köməyə gəl. Orada məni çox sevən tovuzlular var. Dedim ki, Süleymanov heç xoşuma gəlmədiyindən, onunla çalışmaq istəmirəm. Onlar isə bunları boş verməyi məsləhət gördülər. Dedilər ki, “Turan”ı güclülər dəstəsində yalnız sən saxlaya bilərsən. Bu üzdən, tovuzluların xətrinə bura gəldim. Yoxsa heç vaxt Musa Süleymanovla çalışmazdım. Onun necə insan olduğunu yaxşı gördüm. İstanbulda olduğum zaman Süleymanov mənə zəng vurdu, yanvarda təklif etdi. Dedi ki, “Turan”ı güclülər dəstəsində saxlamaq üçün nə qədər pul istəyirsən? Mən də dedim ki, bax Musa, mənim üçün əsas pul yox, prinsiplərdir. Musa oyunlar zamanı “texniki zona”da oturub, taktiki tapşırılar verir. Bu, mənim vaxtımda mümkünsüzdür. Çünki baş məşqçi ola-ola, prezidentin oyunla göstəriş verməsi futbolda görünməyib. Süleymanova dedim ki, əgər işimə qarışmazsan, mən gələrəm. Dedi ki, yaxşı, mən heç matçlara gəlməyəcəyəm. Ancaq prezident AZAL-la Bakıdakı kubok matçında adını protokola yazdıraraq, gəlib ehtiyat skamyada oturdu və işimə qarışmağa başladı. Dedi ki, bu oyunçunu meydandan çıxar, o birisini sal. Mən də Musa müəllimə çox hirsli şəkildə cavab verdim ki, xahiş edirəm məni rahat burax, axı aramızda söhbət olub, anlaşmamız belə deyildi. Bundan sonra üzünü çevirərək getdi. Ona dedim ki, Sakitin, Revazın günahı yoxdur. Çünki sən elə etmisən ki, “Turan”ın pis vəziyyətə düşüb.
- Futbolçularla probleminizin olması haqda danışılır. Özünüz də bundan söz saldınız. Həqiqətən də futbolçuları söydüyünüzdən, onları təhqir etdiyinizdən, sizinlə işləmək istəməyiblər?
- Bunların hamısı yalandır. Prezident futbolçularla əlbir olub mənə qarşı imzalar toplamağa başlamışdı. Ancaq onların çoxu imza etmək istəmirdi. Kapitanımız Vurğun Hüseynov qışda “Qəbələ”yə gedirdi. Ancaq mənə görə komandada qaldığını dedi.
- “Turan”a son qayıdışınıza görə peşmansınızmı? 4-cü qayıdışın ola bilərmi?
- Yox. “Turan” mənim eşqim, Leylamdır. Komanda nə vaxt çətin vəziyyətə düşərsə, kömək etməyə hazıram. Naci Şensoy 3 dəfə gəldi, 13 dəfə də gələr. Mənə qarşı çıxanlara xəbərdar edirəm ki, mənimlə işiniz olmasın. Naci Şensoy bir günəşdir, günəş gedər-gələr. Mən də sizə deyirəm ki, daha 13 dəfə gələcəyəm. Mən bunu iddia edirəm.
- Bundan sonra harada çalışmaq fikrindəsiniz? Yenidən Azərbaycanda işləmək təklifini nə dərəcədə real sayırsınız?
- Mən bir peşəkar məşqçi kimi UEFA-dan çalışmaq üçün izn istəyəcəyəm. Artıq qitə futbol qurumu “Turan”la müqavilə məsələmlə bağlı qərar verəcək. Mən bunu gözləyəcəyəm, qərar çıxandan sonra bir komandada çalışacağam. Bu, Azərbaycanda da ola bilər, başqa ölkə də.
Mehman SÜLEYMANOV

0
0