Vurğun Hüseynov: Toni Adamsdan öyrənəcəyim çox şey var
06.05.2011 - 13:02
“Qəbələ” ilə müqavilə bağladım. Qarşıdakı 3 ildə bu komandanın formasını geyinəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.
Azərbaycan yığmasının da üzvü olan 23 yaşlı futbolçu əvvəllər də çıxış etdiyi “Qəbələ” ilə danışıqları yekunlaşdırıb: “Təbii ki, bu keçidin baş tutması üçün “Turan” klubuna kompensasiya ödənilib. Məbləğ haqda danışmaq istəmirəm. Keçidimlə bağlı xərcləri “Qəbələ” çəkib. Başqa klublardan da təkliflər var idi”.
Hüseynov köhnə-yeni komandasında legionerlərin üstünlük təşkil etməsindən narahat olmadığını da vurğulayıb: “Özümə güvənirəm. Bu inam, güvən olmasaydı, komandamı dəyişməzdim. Yığmanın üzvü kimi daha iddialı klubda oynamaq istəyirdim. “Qəbələ”də yeni mövsümdə mükafatlar uğrunda mübarizə aparacaq. Bu da bir futbolçu kimi inkişaf etməyimə kömək edəcək. Ayrıca, futbolçu kimi müdafiədə çıxış etmiş Toni Adamsdan öyrənəcəyim çox şey var. Üstəlik, heyətdəki rəqabət ancaq xeyrimizə olacaq”.
Gənc futbolçu “Turan”dakı baş məşqçi dəyişikliyinə də münasibət bildirib: “Naci Şensoyun gedişinin komandaya necə təsir edəcəyini zaman göstərəcək. İndiki baş məşqçi Asim İbrahimovu elə da yaxından tanımıram. İndi qarşıdakı 3 oyunu uğurla başa vurub komandadan yaxşı əhval-ruhiyyədə ayrılmaq haqda düşünürəm”.
Qeyd edək ki, ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan və “Xəzər Lənkəran”la ilkin müqavilə imzalayan Hüseynovun keçidinə “Turan” rəhbərliyinin tələb etdiyi yüksək transfer haqqı mane olmuşdu.

0
0