Çempionların dueli və “gümüş savaşı”
06.05.2011 - 13:56
Sabah Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşü Lənkəranda olacaq.
Artıq çempionluğu itirməsi dəqiqləşən “Xəzər Lənkəran”la “Qarabağ” gümüş medal uğrunda həlledici matça çıxacaqlar. Meydan sahibləri qalib gələrsə, ikinciliyi demək olar təmin edəcəklər. Hər halda, finişə 2 tur qalmış ən yaxın izləyici ilə 4 xal fərqi böyük üstünlükdür. “Qarabağ” Lənkəranda yenə qalib gələrsə, nəinki rəqibini keçəcək, həm də şəxsi oyunlarda üstünlüyə malik olacaq. Yəni, “Qarabağ” 4 oyundan 2-də qalib gəldiyi üçün xallar bərabər olsa belə, “ağ-yaşıllar”dan irəlidə olacaq.
Bu tur mərkəzi arenada yeni çempion son çempionla qarşılaşacaq. Ötən tur 6 illik çempionluq həsrətinə son qoyan “Neftçi” titulunu itirən “İnter”i qonaq edəcək. “Bankirlər” ölkə kubokunun finalına çıxsa da, Avroliqaya vəsiqəni təmin etməyiblər. Komanda həlledici oyunda “Xəzər Lənkəran”a uduzarsa, 4-cü yerin sahibi Avroliqaya gedəcək. Hazırda bu pillədə qərarlaşan AZAL 5-ci yerdə olan “İnter”lə gərgin mübarizə aparır. Xal fərqi cəmi 1 olduğundan, mübarizənin sonadək gedəcəyini söyləmək olar.
İkinci “altılığ”ın çempionu olmaq uğrunda mübarizə aparan “Qəbələ” ilə “Muğan” növbəti ev oyunlarını keçirəcəklər. Salyanlılar bu dəfə “Şəfa” stadionunda Mehman Allahverdiyevin baş məşqçi postuna gəlişindən sonra uduzmayan “Gəncə”ni qonaq edəcəklər. “Muğan” cari mövsümdən görüşdüyü rəqibi üzərində ilk qələbəsini qazanmağa çalışacaq.
“Qəbələ” isə cəzalı baş məşqçisi Naci Şensoyu istefaya göndərən, son 3 turda Asim İbrahimovun rəhbərliyi altında oynayacaq “Turan”ı qəbul edəcək. Rəqibini cari mövsümdə yenən qəbələlilər heç qol da buraxmayıb.
7 may
15:00. “Bakı” – AZAL
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Cari mövsümdəki oyunlar – 2:3, 0:0, 0:1
16:00. MOİK – “Simurq”
Bakı. “Bakı” klubunun təlim-məşq bazası
Cari mövsümdəki oyunlar – 0:2, 1:1, 2:1
20:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 1:2, 0:0
8 may
15:00. “Muğan” – “Gəncə”
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 1:1, 0:3, 1:1
15:40. “Neftçi” – “İnter”

Cari mövsümdəki oyunlar – 2:0, 1:1, 1:1
16:00. “Qəbələ” – “Turan”
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Cari mövsümdəki oyunlar – 1:0, 1:0, 2:0
Turnir cədvəli
Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15.

| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Neftçi | 29 | 19 | 8 | 2 | 52-13 | 65 |
2 | Xəzər Lənkəran | 29 | 15 | 10 | 4 | 34-16 | 55 |
3 | Qarabağ | 29 | 16 | 6 | 7 | 36-18 | 54 |
4 | AZAL | 29 | 12 | 9 | 8 | 32-25 | 45 |
5 | İnter | 29 | 12 | 8 | 9 | 28-24 | 44 |
6 | Bakı | 29 | 9 | 10 | 10 | 31-28 | 37 |
| |||||||
7 | Qəbələ | 29 | 11 | 11 | 7 | 28-17 | 44 |
8 | Muğan | 29 | 11 | 8 | 10 | 25-28 | 41 |
9 | Gəncə | 29 | 8 | 11 | 10 | 29-31 | 35 |
10 | Turan | 29 | 6 | 6 | 17 | 21-41 | 24 |
11 | Simurq | 29 | 3 | 7 | 19 | 15-46 | 16 |
12 | MOİK | 29 | 2 | 6 | 21 | 9-53 | 12 |

0
0