Çempionatımızın son medalçısı, Avropada 3-cü təmsilçimiz
07.05.2011 - 16:00
Ölkəmizi avrokubokların yeni mövsümündə təmsil edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” ardıcıl 3-cü il Avroliqada çıxış edəcək.
Bu, az öncə bitən “Bakı” – AZAL oyununun (2:1) nəticəsindən sonra dəqiqləşib. Ağdam təmsilçisinin qərarlaşdığı 3-cü pilləyə nəzəri şansı qalan AZAL uduzmaqla, bu şansı da itirib. “Qarabağ” isə “Xəzər Lənkəran”la səfər oyununa çıxmadan ən azı bürünc medalçı, Avroliqaya çıxmasının rəsmiləşməsini bilib. Ağdamlılar son 2 mövsümdə avrokubokarda ən yaxşı təmsilçimiz olaraq, Avroliqanın pley-off mərhələsinə kimi çıxıb.
Tarixində yalnız bir dəfə - 2007/08 mövsümündə mükafat (gümüş) qazanan “təyyarəçilər” yenə mükafatlardan kənarda qalıb. Ancaq bu, AZAL-ın avrokuboklardan da kənar qalması demək deyil. Nazim Süleymanovun çalışdırdığı komanda mövsümü 4-cü yerdə bitirsə və Xəzər Lənkəran” kuboku qazansa, Avropada oynamaq hüququ qazanacaq. Əks təqdirdə bu, Bakının “İnter” klubuna nəsib olacaq.
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında “Neftçi”, Avroliqada “Xəzər Lənkəran” təmsil edəcək. Sonuncu tura son vəsiqənin sahibi çempionatın və ölkə kubokunun finalından sonra bilinəcək.
Mehman SÜLEYMANOV

0
0