Hacıyevskinin uğursuz yubileyi: “Simurq” da I diviziona getdi
07.05.2011 - 17:00
Azərbaycan Premyer Liqasını tərk edən ikinci komandanın da adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, MOİK “altılıq”da “Simurq”la 2-ci görüşdə də qalib gəlməklə, onu I diviziona özünə yol yoldaşı etdi.
2006-cı ildən fasiləsiz güclülər dəstəsində oynayan, 2 il öncə brünc medal qazanan Zaqatala klubunun Premyer Liqamızda qalmayacağı artıq rəsmiləşdi. Bununla da 10-cu pillədə yer alan “Turan” bütün milli çempionatlarımızı iştirakçısı olan 3 komandada 1-i olaraq qalacaq. “Simurq”un makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski üçünsə Azərbaycan klub karyerasında yubiley – 100-cü oyun düşərli olmadı.
Qeyd edək ki, MOİK ötən mövsüm I divizionda 2-ci yerin sahibi kimi Premyer Liqaya qayıtmışdı. “Hərbçilər” 4 dəfə aşağı dəstəyə düşməklə, antirekordçudur. 2005-ci ildə yaranan “Simurq” debüt mövsümündə (2005/06) I diviziondan güclülər dəstəsinə vəsiqə qazanmışdı.
Mehman SÜLEYMANOV

0
0