88 gün gözləməyə dəyərmiş...
18.05.2011 - 16:24
“İnter” Azərbaycan Premyer Liqasında növbəti qələbəsi qazanmaq üçün 88 gün gözləməli oldu. Apasport.az saytının hesablamalarına görə, son çempion fevralın 19-dan bu yana qalib gələ bilmirdi.
Həmin görüş təsnifat mərhələsi çərçivəsində XXI turda idi və səfərdə MOİK-i böyük hesabla yenən “bankirlər” bundan sonra uğursuzluq sindromu ilə üzləşdi.
Belə ki, “altılıq”da heç cür qalib gələ bilməyən “İnter” çempionatda 11 oyundan sonra buna nail oldu. Bu, son turun açılış oyunu olan “Bakı” ilə bugünkü səfər derbisində reallaşdı – 1:0. Nəticədə Kaxaber Sxadadzenin yetirmələri “altılıq”da qalib gələn son komanda oldu və avrokuboklara yüksəlmək şansını artırdı.
Qeyd edək ki, “İnter” arxada qalan 3 ayda yeganə qələbəsini ölkə kubokunda qazanmışdı. Maraqlıdır ki, AZAL-la səfər oyunu da 1:0 hesabı ilə nəticələnmişdi. Şüvəlandakı cavab yarımfinal görüşündəki qələbə “bankirlər”i finala çıxardı.
Mehman SÜLEYMANOV

0
0