“Anji”nin baş məşqçisi: Futbolçumuzu Azərbaycan yığmasına buraxmaya bilməzdik
18.05.2011 - 16:43
“Biz Eldar Cankişiyevi mövsümün əvvəlindən əsas heyətin futbolçusu kimi istifadə etməyi planlaşdırırdıq. Ona çoxlu oyun praktikası verməyə hazırlaşırdıq. Ancaq Eldar Azərbaycanın yeniyetmələrdən ibarət yığmasına dəvət olundu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Anji” klubunun əvəzedici komandasının baş məşqçisi Ruslan Ağalarov deyib.
Gənc çalışdırıcı 19 yaşlılardan ibarət yığmamıza çağırılan yetirməsi Eldar Cankişiyevin beynəlxalq miqyasda çıxışını vacib sayır: “Eldar Azərbaycan yığmasından təklif alandan sonra ona Avropa səviyyəsində oynamağa imkan verməyə bilməzdik. Bu, onun xeyrinə olacaq. Bizi üzən Cankişiyevin daha komandamızda oynamamağıdır. 3-4 gündən sonra gəlməlidir. Mən onun əsas heyətdə olub-olmayacağını deyə bilmərəm. Çünki indi hansı vəziyyətdə olmasından xəbərsizəm”.

- “Napoli” Premyer Liqa klublarına "yox" dedi
- Vinisius irqçiliklə mübarizəsindən danışdı - “Qardaşımın bunu yaşamasını istəmirəm”
- Ronaldodan Mbappeyə tərif: "Mənə öz dövrümü xatırladır"
- Moriyasu Braziliyaya meydan oxudu - “Onları keçmək istəyirik”
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
0
0