“Neftçi” özünü sübut edə bilmədi
18.05.2011 - 23:11
“Neftçi” özünü sübut edə bilmədi
“Neftçi” klubunun kapitanı Rail Məlikov Premyer Liqanın sonuncu turunda “Xəzər Lənkəran”la oyun barədə fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın futbolçusu oyuna ciddi hazırlaşdıqlarını söyləyib: “3 tur əvvəldən çempion olmuşduq. Bu oyuna ciddi yanaşmışdıq. Onlardan güclü olduğumuzu sübut etməli idik. Hesabda irəli çıxsaq da, bir anlıq konsentrasiyanı itirdik və nəticədə rəqib hesabı bərabərləşdirdi. Artıq çempion olmuşuq. Bunun davamını gətirmək üçü Çempionlar Liqasında uğurlu çıxış etməliyik. Çünki bizi daha çətin oyunlar gözləyir”.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçında qalib müəyyənləşməyib – 1:1.