33 yaş 213 günlüyündə Avropanı fəth etdi
19.05.2011 - 09:07
“Portu” klubunun baş məşqçisi Andre Villaş-Boaş avrokubokların tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, Avroliqanın finalında “Braqa”ya qalib gələn (1:0) 34 yaşlı portuqaliyalı turnirin qalibi olan ən gənc mütəxəssis oldu. Əslində 1977-ci il təvəllüdlü Villaş-Boaşın heç 34 yaşı da tamam olmayıb. Uzun illər Joze Mourinyonun köməkçisi olmuş çalışdırıcı 33 yaş 213 günlüyündə Avroliqanın qalibi oldu. Bununla da o, Londonun “Çelsi” klubunun italiyalı sabiq baş məşqçisi Canluki Viallini rekordunu qırdı. Vialli artıq tarixin yaddaşına qovuşan Kuboklar Kubokunu 1998-ci ildə qazananda 33 yaş 308 günlüyündə idi.
Avrokuboklarda qalib olan digər gənc baş məşqçilər bunlardır: Sven-Qoran Eriksson “Höteborq”la 1982-ci ildə UEFA kubokunu 34 yaş 102 günündə, Viktor Fernandes “Saraqosa” ilə UEFA kubokunu 1995-ci ildə 34 yaş 163 günündə, Joakim Rife “Barselona” ilə Kuboklar Kubokunu 1979-cu ildə 36 yaş 101 günündə, Valeri Lobanovski Kiyev “Dinamo”su ilə Kuboklar Kubokunu 36 yaş 128 günündə qazanıb.

0
0