Rusiya klubuna azərbaycanlı baş məşqçi təyin olundu
19.05.2011 - 09:12
Azərbaycan millisinin sabiq futbolçusu Emin Ağayev Rusiyanın “Anji” klubundan gedib. Apasport.az saytının məlumatına görə, ötən qış futbolçu karyerasını bitirərək, Mahaçqala təmsilçisinə seleksiyaçı təyin edilən 38 yaşlı Ağayev baş məşqçi fəaliyyətinə başlayıb.
Həmyerlimiz Rusiyanın II divizion təmsilçisi “Dağdizel” klubunun “sükanı arxası”na keçib. Cənub zonasında çıxış edən komanda 4 turdan sonra 15-ci pillədə yer alıb.
Ağayev özünü baş məşqçi kimi debütə özünü hazır sayır: “Təklif gəldi və mən belə perspektivdən imtina etmədim. Onsuz da nə vaxtsa başlamaq lazımdır. Şansın düşməsi xoşdur. Digər məsələ odur ki, istənilən halda, hər şey mənim üçün birincidir. Axı mən futbolçu karyeramı yalnız ötən ilin sonunda bitirmişəm”.

0
0