Gümüş ənənə və ya “Xəzər Lənkəran”dan “Xəzər Lənkəran”a qədər
19.05.2011 - 09:36
Gümüş ənənə və ya “Xəzər Lənkəran”dan “Xəzər Lənkəran”a qədər
Azərbaycan Premyer Liqasını mükafatla bitirən yeganə əcnəbi mütəxəssis Mirça Rednikin qazanacağı medalın əyarı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis gümüş qazanamqla Azərbaycan çempionatında medal əldə edən 8-ci legioner məşqçi olub. Ümumilikdə 9 mükafat qazanan gəlmələr 3 qızıl, 4 gümüş və 2 bürünc əldə ediblər.

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Rasim Kara ilə başlayan əcnəbi mükafatçıların siyahısına daxil olan klubun indiki çalışdırıcısı gümüş ənənəni davam etdirib. Adıçəkilənlərin hər ikisinin gümüş qazanması ilə yanaşı son 3 ildə 2-cilik legionerlərə qismət olur. Azərbaycan çempionatında son gümüş qazanan yerli məşqçi Əsgər Abdullayev buna 2007/08 mövsümündə nail olub.

Ümumilikdə isə Rumıniyaya qədər Türkiyə, Ukrayna, Makedoniya və Gürcüstandan olanlar ölkəmizdə medal qazanmışdı. Mükafat sayındakı rekordçu isə Valentin Xodukindir. O, 1 qızıl və 1 gümüşə sevinib. Onun təmsil etdiyi Ukrayna 1 qızıl, 1 gümüş və 2 bürünclə ölkələr arasında liderlik edir. Əcnəbilərlə medal qazanan klublar arasında isə “İnter” öndədir – 2 qızıl və 1 gümüş.

2004/05

 Rasim Kara

 Xəzər Lənkəran

 gümüş

 Türkiyə

2007/08

 Valentin Xodukin

 İnter

 qızıl

 Ukrayna

2007/08

 Anatoli Demyanenko

 Neftçi

 bürünc

 Ukrayna

2008/09

 Valentin Xodukin

 İnter

 gümüş

 Ukrayna

2008/09

 Qyoko Hacıyevski

 Bakı

 qızıl

 Makedoniya

2008/09

 Roman Pokora

 Simurq

 bürünc

 Ukrayna

2009/10

 Cüneyt Biçər

 Bakı

 gümüş

 Türkiyə

2009/10

 Kaxaber Sxadadze

 İnter

 qızıl

 Gürcüstan

2010/11

 Mirça Rednik

 Xəzər Lənkəran

 gümüş

 Rumıniya