Bastian Şvaynştaygeri Bakıya buraxmırlar
19.05.2011 - 09:59
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, Bundestimin vitse-kapitanı Bastian Şvaynştaygerin zədələndiyi aşkarlanıb. “Bavariya” klubunun yarımmüdafiəçisi bu üzdən Rusiyada “Zenit”lə keçirilən yoldaşlıq qarşılaşmada da forma geyə bilməyib.
Məsələ ondadır ki, Şvaynştayger hələ aprelin 23-də ayaq barmağını sındırıb. Bu zədəni gizli saxlayan klub həkimləri onun sonrakı görüşlərdə meydana çıxmasına nail olub. Lkain indi ağrılar yenidən özünü göstərməyə başlayıb. Bu üzdən də Bastianın yığmanın qarşıdakı 3 oyununda iştirak etməsi sual altındadır. Yarımmüdafiəçi mayın 29-da Uruqvayla yoldaşlıq, iyunun 3-ü və 7-də Avstriya Və Azərbaycanla səfərdəki seçmə oyunlarında meydana çıxmaya bilər. Hər halda futbolçunu müalicə edən həkimlər bunun əleyhinədir.
Qeyd edək ki, iyunun 7-dəki Azərbaycan – Almaniya matçı Bakıda keçiriləcək.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0