Milli komandamızla oyuna çağırılan 13 futbolçu
19.05.2011 - 10:07
Milli komandamızla oyuna çağırılan 13 futbolçu
Qazaxıstan klubunun baş məşqçisi Miroslav Beranek Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə rəsmi oyuna heyəti müəyyənləşdirməyə başlayır. Apasport.az saytının məlumatına görə, çexiyalı mütəxəssisin iyunun 3-də millimizlə Astanadakı görüşə heyəti hələ açıqlamasa da, bir sıra futbolçuları çağırması bilinib. Belə ki, Qazaxıstanın ən güclü klublarından olan, “Birlik kuboku”nda dəfələrlə görüşdüyümüz “Aktobe”dən 5 futbolçu – Andrey Sidelnikov, Samat Smakov, Yuri Loqvinenko, Marat Xayrullin və Sergey Lisenkov hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışına dəvət olunub.

Geniş siyahıya son çempion “Tobol”un 3 futbolçusu Aleksandr Kislitsın, İqor Yurin və Sergey Qridin düşüb. Sonuncu komandasının bombardiri, millinin debütantıdır. Qridinin məhz yığmamızla oyunda Qazaxıstan milli komandasında debüt edəcəyi gözlənilir. Rəqibimizdə güclü, məhsuldar hücumçular çatışmadığından, ona ehtiyac duyulur.

Beranek Astananın “Lokomotiv” klubundan da 5 futbolçunu – müdafiəçilər Mixail Rojkov, Mark Qurman, Kayrat Nurdauletov, yarımmüdafiəçilər Marat Şaxmetovla Ulan Konısbayevi sərəncamında görmək istəyib. Maratla Markın hər ikisinin 22 yaşı var və bu il ilk dəfə milliyə çağırılırlar.

Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışı mayın 27-də Almatıda başlayır.