Zohair Benouahinin şərti!
19.05.2011 - 10:59
“Bəli, Zohair Benouahinin klubla müqavilə başa çatır. Ancaq onun başqa komandaya keçmək niyyəti yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.
Mövsümü dördüncü pillədə qapayan AZAL-ın Avropa Liqasına yollanması artıq özündən asılı deyil. Belə ki, mayın 24-də ölkə kubokunun finalında “İnter”lə qarşılaşacaq “Xəzər Lənkəran” qələbə qazanacağı təqdirdə, “təyyarəçilər” 3 illik fasilədən sonra qitə miqyaslı yarışda ölkəmizi təmsil edəcək.
Həmin vaxta qədər isə paytaxt klubu müqaviləsi başa çatan futbolçularla yenidən masa arxasına əyləşməyi düşünür. Təbii ki, sərgilədiyi oyunla bəzi klubların diqqət mərkəzinə düşən Zohair Benouahinin komandadan ayrılmaq istəməsi əvvəlcədən məlum idi.
Ancaq Qasımov mərakeşli yarımmüdafiəçinin komandada qalacağı deyir: “Klubun sponsorları ilə görüşdük. Zohairlə yanaşı, Usim Nduka da toplantıda iştirak edirdi. Futbolçulardan komandada qalmaqla bağlı fikirlərini öyrəndilər. Onlar da heç yerə getmək istəmədiklərini dedilər. Təbii ki, legionerlərin də öz fikirləri, tövsiyələri oldu. Futbolçularımız komandanın bir qədər də gücləndirilməsini istədilər”.

0
0