2 rəqəmli sindrom və ya Mirça Redniklə Arif Əsədovun fərqi
19.05.2011 - 12:16
Azərbaycan çempionu “Neftçi”nin “Xəzər Lənkəran” sindromu artıq 2 rəqəmlə ifadə olunur. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi artıq 10 matçdır prinsipial rəqibini məğlub edə bilmir.
Azərbaycan futbolunun ən köklü komandasına ardıcıl 10 dəfə uduzmamaq isə ölkə klubları üçün qeyri-adi, görünməmiş göstəricidir.
Sonuncu dəfə 2009-cu ilin aprelin 12-də “Böyük oyun”da qalib gələn “ağ-qaralar” artıq 767 gündür rəqibini uda bilmir və bu seriya ən azı daha 3 ay, növbəti mövsümədək davam edə bilər. Çünki yeni mövsüm ən tez avqustda start götürəcək və o vaxtadək komandaların rəsmi matçda qarşılaşması mümkün deyil.
Son 767 gündə keçirilən 10 görüşdən 8-də heç-heçə qeydə alınıb. 5 dəfə meydanı qolsuz tərk edən prinsipial rəqiblər ardıcıl 3-cü dəfədir hərəyə 1 qol vururlar.
Bu 2 il 1 aylıq müddətdə “Xəzər Lənkəran” 2 dəfə qalib gəlib. Hər 2 halda da Mirça Rednik Arif Əsədovu üstələyib – Lənkəranda 1:0, Bakıda 4:3.
Ümumiyyətlə, bu 10 qələbəsiz matçdan 8-i Əsədovun payına düşür. O, 2 məğlubiyyət və 6 heç-heçə ilə kifayətlənib.

0
0