Aleksandr Starkov seçimini etdi
19.05.2011 - 12:41
Aleksandr Starkov seçimini etdi
Latviya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov eyni vaxtda çalışdırdığı yığma ilə bağlı seçimini edib.

O, mayın 30-dan iyunun 8-dək olan müddətdə sərəncamında 17 legioner görmək istəyir. Starkov iyunun 4-də İsraillə Avro-2012-nin seçmə, 8-də Avstriya ilə yoldaşlıq oyunlarında Azərbaycan Premyer Liqasında çıxış edəcək 2 futbolçuya da güvənəcək.

Bunlar Ritus Krjauklis (AZAL) və Andrey Rubindir (“Qarabağ”). Ötən matçlara çağırılan “Gəncə”li Kristap Qrebis və “İnter”li Girts Karlsona bu dəfə ehtiyac olmayıb.

Qeyd edək ki, Starkov mayın 22-də Latviya çempionatından yığmaya çağıracağı 6-7 oyunçunun adını açıqlayacaq.
0