İngilislər “Neftçi”ni Çempionlar Liqasında görmək istəmirlər
19.05.2011 - 12:57
Avropa Liqasının başa çatan mövsümü qitədə növbəti müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, “ikinci eşelon” təmsilçisi Portuqaliyanın bu yarışda hegemonluğu Avropanın 2-ci dərəcəli klub turnirinin taleyi ilə bağlı müxtəlif fikirlərə əsas verib.
Qitənin müxtəlif yerlərindən olan həmkarlarımız günü-gündən nüfuzunu itirən yarışla bağlı maraqlı ideyalar irəli sürüblər. Britaniyalı jurnalistlərin 2 təklifi isə daha maraqlı və cəlbedicidir.
Birincisi, Çempionlar Liqası və Avropa Liqasının birləşdirilməsidir. Bütün komandaların eyni yarışda çıxış etməsi nəticəsində qrup mərhələsində də 64 iştirakçı olacaq. Bundan sonra isə pley-off mərhələsinə start veriləcək.
İkinci təkliflə bağlı fikirlərini ifadə edən britaniyalılar Azərbaycan çempionu “Neftçi”ni də nümunə göstəriblər: “2 turnirin qalması isə yalnız bir şərtlə faydalı olar. Əvvəllər olduğu kimi, Çempionlar Liqasına yalnız 32 ölkənin çempionları qatılsın, digərləri isə Avroliqaya getsinlər. Bu zaman hər 2 yarışa maraq olacaq. Belə olan halda, Azərbaycan təmsilçisi “Neftçi” kimi komandalar Çempionlar Liqasında oynamazdı”.
Qeyd edək ki, 1997-ci ilədək məhz 32 komanda Çempionlar Liqasına buraxılır, digər çempionlar UEFA kubokunda oynayırdı.

0
0