“Portu” titul sayında “Mançester Yunayted”i qabaqladı
19.05.2011 - 14:01
“Portu” titul sayında “Mançester Yunayted”i qabaqladı
“Portu” avrokuboklardakı titullarının sayında dünyanın ən varlı komandasını qabaqlayıb. 7-ci qalibiyyətini Avroliqada qazanan Portuqaliya təmsilçisi qitə miqyasında uğurlarına görə “Mançester Yunayted”i arxada qoyub.

Apasport.az saytının məlumatına görə, “Portu” bunadək 2 dəfə Çempionlar Liqasını (1987-ci ildə Çempionlar Kubokunu, 2004-cü ildə ÇL-i), 2 dəfə Qitələrarası kuboku (1987 və 2004-cü illərdə), 1 dəfə UEFA Superkubokunu (1987-ci ildə), 1 dəfə UEFA kubokunu (2003-cü ildə) qazanıb.

“Portu” nailiyyətlərinə görə Avropada 9-cu yerə qalxıb. “Mançester Yunayted” ona çatmaq üçün mayın 28-də Çempionlar Liqasının (ÇL) finalında “Barselona”ya qalib gəlməlidir. Əgər “Barsa” ÇL-in qalibi olarsa, beynəlxalq miqyasdakı titullarının sayını 11-ə yüksəldəcək. Bununla, komanda “Liverpul” və “Ayaks”la 3-5-ci pillələri bölüşdürəcək.

UEFA bayrağı turnirləri ən çox qalibi “Milan”dır – 17 dəfə. O, 7 dəfə ÇL-i, 5 dəfə UEFA Superkubokunu, 3 dəfə Qitələrarası Kuboku, 2 dəfə Kuboklar Kubokunu qazanıb.
“Milan”ın ən yaxın izləyicisi olan Madrid “Real”ı 16 dəfə Avropada nail olub. Ancaq “Kral klubu” ÇL-i ən çox (9 dəfə) qalibi olması ilə öyünə bilər.