“Neftçi” legioneri ilə yollarını ayırdı
19.05.2011 - 14:07
“Neftçi” legioneri ilə yollarını ayırdı
“Neftçi” klubu litvalı qapıçısı Paulius Qribauskasla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, çempion uzun müddətdir zədə üzündən oynamayan 27 yaşlı legionerlə müqaviləsini uzatmamağı qərara alıb.

Qribauskas hələ ilk dövrədə oktyabrın 31-də “Bakı” ilə görüşdə (2:0) aldığı ciddi zədənin əziyyətini çəkirdi. Bundan sonra cərrahiyyə əməliyyatı olunan qapıçı bərpa prosesi keçdiyindən yığmasından da kənarda qalmışdı.

Qeyd edək ki, Qribauskas komandaya 2009-cu ilin yayında gəlmişdi.