“Altılığ”ın ən güclüsü hansı komandadır?
19.05.2011 - 23:02
“Neftçi” Azərbaycan Premyer Liqasının final mərhələsinin də ən güclüsü oldu. Apasport.az saytının hesablamalarına görə, çempion ilk “altılıq”da hamıdan çox qələbə qazandı, xal topladı və qol vurdu.
Turnir cədvəlini çempionatın yekunu ilə müqayisə edəndə, yer baxımından ciddi fərq olmadığını görə bilərik. Yeganə fərq “Qarabağ”la “Xəzər Lənkəran”ın yerinin dəyişməsidir.
Yəni, Lənkəran təmsilçisi Premyer Liqanı 2-ci, “altılığ”ı 3-cü, Ağdam klubu isə əksinə bitirdi. Bu da onunla bağlıdır ki, “Xəzər Lənkəran” “altılıq”da uğursuz çıxış edərək, ilk dövrədə qalib gələ bilmədi.
AZAL da onu qədər xal toplasa da, şəxsi oyunlarda və top fərqində “ağ-yaşıllar”dan geri qaldığından, 4-cü pillədə qərarlaşıb. Yeri gəlmişkən, “təyyarəçilər” “altılıq”da “Bakı” ilə birgə ən çox (hərəyə 5), “Neftçi” ilə “Xəzər Lənkəran” ən az (hərəyə 1) uduzanlar oldu. Halbuki, AZAL final mərhələsinin ilk dövrəsində 5 oyundan sonra 3 qələbə ilə liderlər sırasında idi.
“Altılıq”da ən çox heç-heçəni “Xəzər Lənkəran” etdi – 7 dəfə. AZAL isə cəmi 1 oyunda bərabərliyə qalmaqla, ən azı heç-heçə edəndir. “Təyyarəçilər” “altılıq”da ən çox qol buraxan komanda oldu (12). İlk “altılıq”da qələbə qazanmayan və uduzmayan komanda olmadı. Vurulan qolların sayı isə 53-dür ki, bu da orta məhsuldarlığın 1,77 olduğunu göstərir.
Qeyd edək ki, ötən “altılıq”dan fərqli, bu dəfə “qızıl xallar” olmadı və komandalar təsnifat mərhələsində topladıqları xallarla mübarizəni davam etdirdi.
İlk “altılığ”ın turnir cədvəli
Mehman SÜLEYMANOV

1 | “Neftçi” | 10 | 5 | 4 | 1 | 13-8 | 19 |
2 | “Qarabağ” | 10 | 4 | 4 | 2 | 11-8 | 16 |
3 | “Xəzər Lənkəran | 10 | 2 | 7 | 1 | 10-6 | 13 |
4 | AZAL | 10 | 4 | 1 | 5 | 9-12 | 13 |
5 | “İnter” | 10 | 1 | 6 | 3 | 5-8 | 9 |
6 | “Bakı” | 10 | 1 | 4 | 5 | 5-11 | 7 |
Mehman SÜLEYMANOV
0
0