Apasport.az-ın yığdığı komanda 6 ölkə təmsilçisinə qarşı
19.05.2011 - 23:08
Litva Jurnalistlər İttifaqının (LJİ) media nümayəndələri arasında keçirdiyi beynəlxalq futbol turnirinin iştirakçılarının siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, sabah Druskininkada təşkil ediləcək turnir ardıcıl 7-ci ildir keçirildiyindən, artıq ənənəyə çevrilib. Bu dəfə yarışa 7 ölkədən 9 komanda qatılacaq.
Turnirdə Azərbaycanı Bakı jurnalistlər yığması təmsil edəcək. Bu da təşkilatçıların apasport.az saytına müraciəti sayəsində mümkün olub.
Xatırladaq ki, LJİ sədri Dainius Radjeviçiusun imzası ilə saytımıza ünvanlanan rəsmi məktubda yarışa azərbaycanlı media nümayəndələri də dəvət edilmişdi. Məhz saytımızın təşəbbüsü ilə formalaşan komanda Litva turnirinə yollanıb.
Turnirdə Litva 2 komanda - Vilnüs və Kaunas jurnalistləri ilə təmsil olunacaq. Rusiya yarışa Bryansk və NTV+ telekanalının əməkdaşları ilə gedir. Digər 5 ölkənin hərəsi isə turnirə 1 komanda ilə qatılır. Belə ki, Ukraynadan Lutsk, Latviyadan Riqa, Belarusdan Minsk, Polşadan Varşava jurnalistləri də yarışa təşrif buyuracaqlar.
Dairəvi sistemlə keçiriləcək yarışın oyunları ölçüləri standart futbol meydançasının 1/4-i olan süni meydançada baş tutacaq. Yarışdakı qarşılaşmaların hər biri 20 dəqiqədən ibarət olacaq: iki 10 dəqiqəlik hissə. Matçlar zamanı hər komanda meydanda qapıçı da daxil olmaqla, 7 nəfərlə mübarizə aparacaq, əvəzetmələr isə məhdudiyyətsizdir.

0
0