“Bütün parametrlərdə rəqibdən üstün idik”
19.05.2011 - 17:47
“Bütün parametrlərdə  rəqibdən üstün idik”
Bu gün Premyer Liqanın son turunda "Muğan" səfərdə "Qəbələ"nin qonağı olub. Apasport.az saytının məlumatına görə, rəqibinə 1:2 hessabı ilə məğlub olan Salyan təmsilçisinin baş məşqçisi Bəhmən Həsənov oyunla bağlı fikirlərini açıqlayıb: “Bu gün çempionatda son oyunumuz idi. Buna görə də, qələbə qazanmaq istəyirdik. Oyunboyu rəqibdən üstün olsaq da, ələ düşən imkanlardan istifadə edə bilmədik. "Qəbələ" isə standart vəziyyətlərdən maksimum yararlandı və qələbə qazandı. Bütün parametrlərdə də rəqibdən üstün idik. Lakin bunu qola çevirə bilmədik və məğlub olduq. Növbəti mövsümdə yeni transferlərimiz olacaq. Lakin hələlik gənclərə şans verirəm. Məhz onların təcrübəsizliyi bu gün qalib gəlməyimizə mane oldu".