Əliyevdən Adamiyayadək
19.05.2011 - 18:00
Əliyevdən Adamiyayadək
Azərbaycan Premyer Liqasının 2010/11 mövsümünün ən yaxşı bombardiri məlum olub. Apasport.az saytının məlumatına görə, XXXII turun bugünkü qarşılaşmaları Ağdamın “Qarabağ” klubunun hücumçusu Georgi Adamiyanın qalib adını qazanmasına mane olmayıb.

18 qol vuran Adamiya çempionatın ən məhsuldar futbolçusu olan 4-cü legioner və 2-ci gürcüstanlı olub. 11 il əvvəl Badri Kvaratsxeliya uğur qazanmışdı. Gürcülərdən başqa Yakuba Bamba və Valter Quqlemon da “qol kralı olublar. “Qarabağ” isə yalnız 7 il əvvəl bu adı qazanan Samir Musayevlə bombardirlər siyahısında təmsil olunurdu.

Qeyd edək ki, ilk bombardir Nazim Əliyev həm də hamıdan çox – 3 dəfə hamıdan yaxşı olub.

AZƏRBAYCAN ÇEMPİONATININBOMBARDİRLƏRİ

mövsüm

futbolçu

klubu

qol

1992

Nazim Əliyev

“Xəzər”

39

1993

Samir Ələkbərov

“Neftçi”

16

1993/94

Musa Qurbanov

“Turan”

35

1994/95

Nazim Əliyev

“Neftçi”

26

1995/96

Rövşən Əhmədov

“Kəpəz”

23

 

Fazil Pərvərov

“Kəpəz”

23

1996/97

Qurban Qurbanov

“Neftçi”

34

1997/98

Nazim Əliyev

“Dinamo”

23

1998/99

Alay Bəhramov

“Viləş”

24

1999/00

Badri Kvaratsxeliya

“Şəmkir”

16

2000/01

Paşa Əliyev

“Dinamo-Bakılı”

13

2003/04

Samir Musayev

“Qarabağ”

20

2004/05

Zaur Ramazanov

“Karvan”

21

2005/06

Yakuba Bamba

“Karvan”

16

2006/07

Zaur Ramazanov

“Xəzər-Lənkəran”

20

2007/08

Xaqani Məmmədov

”İnter”

19

2008/09

Valter Quqlemon

“İnter”

17

2009/10

Fərid Quliyev

“Standard”

16

2010/11

Georgi Adamiya

“Qarabağ”

18

0