Əhəmiyyətsiz oyunun şərhi
19.05.2011 - 18:28
Əhəmiyyətsiz oyunun şərhi
“Bu oyunun heç bir əhəmiyyəti yox idi, bu səbəbdən əvəzedici heyətin 7 futbolçusuna özünü göstərmək üçün şans verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Gəncə” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

O, Azərbaycan Premyer Liqasının XXXII turunun “Simurq”la qarşılaşmasındakı məğlubiyyəti (3:4) matçın əhəmiyyətsizliyi ilə izah edib: “Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. İlk hissədə hesabda irəlidə idik. Gənc qapıçımız ilk dəfə idi ki, bu cür oyunda meydana çıxırdı. Ümumilikdə, komanda pis oynamadı, hər iki komandaya uğurlar arzulayıram”.