Rednikin müəmmalı eyhamı
19.05.2011 - 23:31
Daha bir ölkə çempionatı başa çatdı, yeni çempion müəyyənləşdi, yeni qalmaqallar yarandı, avrokuboklar üçün yeni ümidlər baş qaldırdı. Real olaraq, Premyer Liqada mövsüm yekunlaşdı. Ancaq təbii ki, hər şeyin daha öncədən bəlli olduğu ikinci "altılıq"la müqayisədə medalçıların yekun sıralamasının müəyyənləşdiyi ilk "altılıq" daha önəmli idi.
Sabitliyin zəfəri
"Neftçi" çempiondu - bunu kimsə qəbul etməsə də, belədi. Bir az "yuxarılar"ın dəstəyi, bir az rəqiblərinin bacarıqsızlığı, ən əsası isə məşqçi və futbolçu heyətinin inadı səyi sayəsində.
İndi "Xəzər-Lənkəran" mövsüm ərzində 6 dəfə qarşılaşdığı rəqibə heç vaxt uduzmadığını əsas gətirərək, özünə təskinlik verir. Ancaq Mirça Rednik bunu deyib azarkeşləri aldatmasın. Çünki bütün komandalarda hansısa problem olur.
Məsələn, "İnter" AZAL, "Qarabağ" "Neftçi", "Xəzər-Lənkəran" da "Qarabağ" qarşısında ümumi balansda geridədi. Bu xırda detallar heç də önəmli deyil. Önəmli olan ümumi nəticə və sabit çıxışdı.
"Neftçi"ni də srağagün şadyanalıq etməyə məhz sabit çıxışı "məhkum etdi". “Ağ-qaralar” hamıdan çox qələbə qazanıb hamıdan az uduzdu. Top fərqində də eyni üstünlük davam etdi. Ən əsası, Arif Əsədovun yetirmələri ardıcıl uğursuz oyunlar seriyası keçirmədi, hər büdrəmədən sonra dərhal toparlandı.
Finalöncəsi xəbərdarlıq
Gümüş medal çempionluğu qovan komanda üçün heç vaxt təsəlli olmayıb. Bu səbəbdən "Xəzər-Lənkəran"ın 2-ci yeri qənimət bildiyinə inanmıram. Ancaq cənublular bu aqibətə özləri özlərini məhkum etdi. Qış fasiləsində heyətdə köklü dəyişikliyin cəzası bu olmalı idi. Rednik heyəti vaxtında formalaşdırıb komplektləşdirsəydi, çətin ki, "Neftçi" sona 3 tur qalmış çempionluğu elan edərdi.
İndi mövsümü xilas etmək üçün təsəlli ölkə kubokudu. "Xəzər-Lənkəran" NBC Bank Azərbaycan kubokunun finalında qarşılaşacağı "İnter"dən daha səviyyəli oyun göstərir və sırf oyuna qalsa, hər hansı xırda nüanslar ortaya girməsə, cənublular titul qazanmağa daha layiqdi. Gəl ki, indi ortada başqa məqam var.
Mayın 24-dəki final həm də kimlərinsə həyatını həll edəcək matçdı. "İnter" həmin gün yalnız Avropa Liqasına vəsiqə üçün döyüşəcəksə, cənublular həm titul, həm imic, həm də AZAL-ın zəhmətinin yerdə qalmaması üçün mübarizə aparacaq. Ancaq doğrusu, Rednikin "Neftçi" ilə oyundan sonra verdiyi açıqlama məndə bir qədər şübhə yaratdı.
Ortaya iddia atmaq olmasın, mən cənubluların mövsüm boyu dostluq münasibətləri nümayiş etdirdiyi "İnter"ə güzəşt edə biləcəyindən şübhələnirəm. "Belə oynasaq, finalda uduzacağıq" deməsi, rumın çalışdırıcının ictimai fikri indidən buna hazırlamaq cəhdinə oxşayırdı.
AZAL nümunəsi
"Qarabağ" bəlkə də "Neftçi"dən sonra qarşıya qoyulan vəzifəni yerinə yetirən yeganə klubdu. Çünki ağdamlılar əvvəldən Avropa Liqasına vəsiqə üçün yarışırdı. Çempionluq həvəsi mövsümün gedişində yarandı, buna cəhd etdilər və alınmayınca da taleləri ilə barışdılar. Odu ki, bu komandanın 2-ci və ya 3-cü olmasının özləri üçün önəm daşımadığını düşünürəm.
AZAL istəyinə qismən çatdı. "Təyyarəçilər" nəhənglər içərisində "araqarışdıran" rolunu məharətlə yerinə yetirdi, kiçik büdcəyə, məhdud heyətə və imkanlara baxmayaraq, başından yuxarı tullandı. İndi komanda hətta avrokuboklara da vəsiqə qazana bilər.
Fiaskodan sonra
Mövsümün fiaskosunu yaşayan "Bakı" indi toparlanmaq üçün yaxşı fürsət qazanıb. Ancaq çətin ki, rəhbərlik və məşqçi heyəti yayda özünü günə verə bilsin. "Zolaqlılar" gələn çempionatda imicini bərpa etmək üçün indidən işə başlamalıdı.
Unutmayaq ki, növbəti mövsümdən "Qəbələ" də medallar uğrunda mübarizəyə qoşulacaq. Ona görə də indidən ehtiyat görülməlidi ki, gələn ilin mayında giley-güzar başlamasın.
Yuxarıda qeyd etdiyimiz ilk "altılıq" komandalarının çıxışına qısa baxış idi. Təbii ki, mövsümün yekunlarını hələ müzakirə etməyə vaxt olacaq. Biabırçı hakimlik, Peşəkar Futbol Liqasının işi, bərbad teleyayın - bu kimi nüanslara hələ çox toxunacağıq. Ancaq istənilən halda, daha bir mövsümü başa vurduq. İndi avrokubok mövsümü yaxınlaşır və hamının ölkəmiz adına birləşməsi, bir-birinə dayaq durması vacibdi.
FƏRİD

0
0