Finalda uduzub, komandadan getdi
19.05.2011 - 22:26
Finalda uduzub, komandadan getdi
Avropa Liqasında "Portu"ya məğlub olan "Braqa"da mövsümün ilk transferi gerçəkləşib. Apasport.az saytının xəbərinə görə, komandanın gənc futbolçusu Silvio Manuel Pereyra Madrid "Atletiko"sunun yolunu tutub.

Bu barədə portuqaliyalı oyunçu özü məlumat verib: "Gələn mövsüm Madrid "Atletiko"sunda forma geyəcəm. Avroliqanın final matçı "Braqa" forması ilə son oyunum idi. İspaniya mənim üçün yeni bir macəra olacaq. Ümid edirəm ki, orda da xoşbəxt olaram".

Qeyd edək ki, Lissabonda doğulan 23 yaşlı oyunçu "Benfika" futbol məktəbində yetişib. Silvio cari mövsümün əvvəlindən "Braqa"da çıxış edirdi.