Altıntopun “Real”a keçidi rəsmiləşir
19.05.2011 - 23:17
Altıntopun “Real”a keçidi rəsmiləşir
Madrid “Real”ı Nuri Şahinin ardından Almaniyanın "Bavariya" klubunda çıxış edən Türkiyə yığmasının daha bir futbolçusu Hamit Altıntopla müqavilə bağlayıb. Apasport.az-ın məlumatına görə, bu barədə "kral klubu"nun rəsmi saytı xəbər yayıb.

Madrid təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 4 il müddətinə anlaşıb. Bu keçid qarşılığında "Bavariya"ya pul ödənilməyəcək. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.

Qeyd edək ki, Hamit Altıntop FİFA tərəfindən 2010-cu ilin ən gözəl qolunun müəllifi seçilib. Altıntop "Bavariya"nın heyətində 2 dəfə Almaniya çempionu və Kubokunu, bir dəfə Almaniya Superkubokunu və Liqa Kubokunu qazanıb.
0