Ramiz Məmmədovun qarşısında duran vəzifə açıqlandı
20.05.2011 - 09:00
“Klub rəhbərliyi baş məşqçi postuna bir neçə mütəxəssisin namizədliyini nəzərdən keçirirdi. Sonda vilayət rəhbərliyinin razılığı ilə Ramiz Məmmədovun namizədliyi üzərində dayanıldı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın “Atırau” klubunun direktoru Rəşit Munbayev deyib. Mövsüm bitəndən sonra baş məşqçi postuna gətirilən azərbaycanlı Ramiz Məmmədova güvənən rəhbərlik onun işinə müdaxilə etmir: “Klubda seleksiya işini məşqçilər korpusu həyata keçirir. Bütün legionerlər hələ ki onları qane edir. Cari mövsümdə komandamızın qarşısında duran vəzifə ən yaxşı ilk 6 komanda arasına düşməkdir.
Bundan sonra mükafatlar uğrunda mübarizəmiz olacaq. “Transfer pəncərəsi” açılan vaxtda bir neçə mövqeni gücləndirəcəyik. Problemimiz ondadır ki, hücumçularımız sərfəli qol imkanlarından istifadə edə bilmirlər. Bu da ustalıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Bunun üzərində işləyəcəyik”.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0