MOİK-in oyunundakı baş hakim 40 min avro rüşvət alıb
20.05.2011 - 09:41
2009-cu ilin iyununda keçirilən Azərbaycan – İspaniya oyununun baş hakimi Oleq Orexovun fırıldaqlarının təfərrüatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ömürlük hakimlikdən kənarlaşdırılan ukraynalı referi UEFA kubokunun “Bazel” (İsveçrə) – MOİK (Bolqarıstan) matçında 40 min avro rüşvət alıb. Orexov bu pulun qarşılığında 2-ci hissıdə 2 qolun vurulmasına imkan yaratmalı idi. Ukraynalı da 1 dəfə penalti təyin etməklə buna nail olub. Digər qol isə oyundan vurulub.
0
0