Valdas Urbonas: Bakıdakı oyun unudulmaz - MÜSAHİBƏ
20.05.2011 - 10:00
Litva çempionu “Ekranas” futbol klubunun baş məşqçisi Valdas Urbonasın apasport.az saytına müsahibəsi
- Artıq 3 ildir çempion olursunuz. Komandanız bu qədər güclüdür, yoxsa rəqabət aşağıdır?
- Çempionatımızda rəqabət var. Çempionluğumuz isə gündəlik işimizin, məşqlərdəki zəhmətimizin bəhrəsidir. Uğurlarımıza sevinirik və gələcək haqda düşünürük.
- Komandanız Çempionlar Liqasında oynayacaq. Artıq bu haqda düşünürsünüz?
- Təbii ki. Düzdür, hazırda daxili yarışlar da davam edir. Lakin çalışırıq ki, Çempionlar Liqasında yaxşı formada olaq.
- Bəs niyə Çempionlar Liqasında mərhələ keçə bilmirsiniz? Buna nə mane olur?
- Belə deyərdim ki, II təsnifat mərhələsində bərabər səviyyəli komandalar toplaşıb. Bu üzdən də hər xırdalıq, püşk həlledici ola bilər. Əlbəttə ki, mərhələ keçmək istəyirik, lakin alınmır. Məsələn, ötən il Helsinkidə bizə 12 dəqiqə çatmadı. Say üstünlüyümüz var idi, amma özümüz qol buraxdıq. Əlavə vaxtda isə qapımızda daha bir qol gördük. Belə ağır məğlubiyyətdən sonra yenidən daxili arenaya qayıtdıq. Məncə təcrübə qazanmışıq. Mərhələ keçməyə kömək edə biləcək oyunçular toplamışıq. Bu bizim üçün vacibdir.
- Kiminlə qarşılaşmaq istəyirsiniz?
- Fala baxmaq istəməzdim. Səpələnmişlər və səpələnməmişlər var. Püşkdən sonra bu haqda danışarıq. Hər şey püşkün əvvəlindən asılıdır. Yəni o vaxtacan heyəti gücləndirməliyik. “Bakı” və HİK-lə oyunlar göstərdi ki, bu komandalarla eyni səviyyədəyik. Bu üzdən kiminlə oynamağın fərqi yoxdur. Onsuz da zəif rəqib yoxdur ki, onu asanlıqla udasan.
- Potensial rəqiblərinizdən biri bizim “Neftçi” klubudur. Bu komanda haqda məlumatınız var?
- Əlbəttə. “Neftçi” Azərbaycan futbolunun əfsanəsidir. Uzun fasilədən sonra çempion olublar. O qədər əziyyətlə buna nail olanların uğuruna sevinmək istəyirəm.
- Azərbaycan çempionatını izləyirsiniz?
- Hərdənbir. “Neftçi” çempion olub, “Bakı” isə 6-cı yeri tutub. “Birlik kuboku”nda görüşdüyümüz “İnter” isə 5-ci yerlə kifayətlənib.
- Sizinlə qarşılaşan “Bakı” heç də yaxşı günlərini yaşamır. Bu komandanı latviyalı Aleksandr Starkov çalışdırır. Sizcə, o, Baltikyanı mentaliteti ilə Qafqazda uğur qazana bilər?
- Starkov – yaxşı seçimdir. Onun haqda yalnız müsbət fikir deyə bilərəm. Starkov nəticələrlə özünü sübut edib. Sadəcə, səbr etmək lazımdır, heç nə asanlıqla başa gəlmir.
- “Bakı” ilə oyunları xatırlayırsınızmı?
- Həmin vaxt hər 2 matçda, elə Bakıda da tribunalar ağzınacan dolu idi. Həmin oyun unudulmaz. Bir yandan xoş xatirədir. Lakin nəticəyə təəssüflənirik. Lakin bu da həyatın bir parçasıdır.
- “Bakı” ilə oyunlardan nə qazandınız?
- Çempionlar Liqası hər klub üçün bir hadisədir. Xüsusilə, Azərbaycan, Litva kimi kiçik ölkələr üçün. Klub və futbolçular üçün bu təcrübə qazanmaq, özünü sınamaq imkanıdır.
Rüstəm MİKAYILLI

0
0