Zaqatalada 1 may bayramının təkrarı
20.05.2011 - 10:13
Zaqatalanın “Simurq” klubu başa çatan mövsümdə ilk ev qələbəsini son turda qazanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasını tərk edən komanda “Gəncə” üzərində 4:3 hesablı qələbə sayəsində öz meydanındakı uğursuz seriyaya son qoyub. “Simurq” sonuncu dəfə Zaqatala azarkeşlərinə ötən il mayın 1-də bayram əhval-ruhiyyəsi yaşatmışdı. Həmin vaxt “Turan”ı 2:1 hesabı ilə yenən zaqatalalılar “1 may bayramı”nın təkrarını 383 gün sonra gerçəkləşdirdi.
0
0