Mpenza yenə əsas komandadan kənarda qaldı
20.05.2011 - 10:19
Mpenza yenə əsas komandadan kənarda qaldı
Avro-2012-in seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Belçika yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Jorj Leekens iyunun 3-də Türkiyə ilə evdə keçirəcəkləri oyuna 24 futbolçu dəvət edib.

Bakı “Neftçi” klubunda forma geyinən Emil Mpenza isə yenə da milliyə çağırılmayıb. Leekens yığmanın sabiq hücumçusuna yenə ehtiyac duymayıb.

Qapıçılar: Jan-Fransua Jiye (“Bari”, İtaliya), Simon Minole (“Sanderlend”, İngiltərə), Tibaut Kourtois (“Genk”)

Müdafiəçilər: Tobi Alderveyreld (“Ayaks”, Hollandiya), Loran Siman ("Standard”), Vensan Kompani (“Mançester Siti”, İngiltərə), Nikolas Lomberts (“Zenit”, Rusiya), Tomas Vermaelen (“Arsenal”, İngiltərə), Daniel van Buyten (“Bavariya”, Almaniya), Yan Vertongen (“Ayaks”, Hollandiya)

Yarımmüdafiəçilər: Naser Çadli (“Tvente”, Hollandiya), Stiven Defur (“Standard”), Yelle van Damm (“Standard”), Dris Mertens (“Utrext”, Hollandiya), Kevin De Brayn (“Genk”), Vadis Ocica-Ofoye (“Brügge”), Timmi Simons (“Nürnberq”, Almaniya), David Habert (“Genk”), Aksel Vitsel (“Standard”)

Hücumçular: Eden Hazar (“Lill”, Fransa), Romelu Lukaku (“Anderlext”), Byorn Fleminks (NEK, Hollandiya), Yelle Vossen (“Genk”), Marvin Oqunjimi (“Genk”)