Yığmamızdan darmadağın
20.05.2011 - 10:24
Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri “Buikani” klubunun U-19 komandası ilə qarşılaşıb. Yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Bu qolların 2-ni Seyran Məmmədov, 1-ni isə Xəlil Əhmədov vurub.
Qeyd edək ki, bu oyunda yığmamızın heyətində əsasən ehtiyatda qalan futbolçular çıxış edib.
Mənbə: affa.az
Qeyd edək ki, bu oyunda yığmamızın heyətində əsasən ehtiyatda qalan futbolçular çıxış edib.
Mənbə: affa.az
0
0