Usim Nduka yığmadan kənar qaldı
20.05.2011 - 10:56
Usim Nduka yığmadan kənar qaldı
Bu gün Azərbaycan milli komandasının təlim-məşq toplanışına start verilib. Apasport.az saytının məlumatına görə, mayın 28-ə qədər davam edəcək hazırlıqlara 22 futbolçu çağırılsa da onların yalnız 21-i yığmanın düşərgəsindədir. Belə ki, AZAL klubunun nigeriyalı futbolçusu Usim Nduka milliyə qoşulmayıb. Buna milliləşən afrikalının ailə vəziyyəti ilə əlaqədar ölkə xaricində olnası imkan verməyib.

Mənbə: affa.az