Sxadadze başladı, Əzizov bitirdi
20.05.2011 - 13:50
Mayın 19-da başa çatan Azərbaycanın 19-cu milli çempionatında 381 qol vuruldu. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızın 12 iştirakçısı 192 oyunda bu qədər fərqləndi. Bu isə orta məhsuldarlığın heç 2 (1,98) qol olmamağı deməkdir.
Topların fərqindəki liderlik və autsayderlik turnir cədvəlindəki vəziyyətlə üst-üstə düşdü. Yəni 1-ci pillənin sahibi “Neftçi” hamıdan çox (53) qol vurdu, hamıdan az top (17) buraxdı. Son pillədə olan MOİK isə ən az qol (17) vuraraq, ən çox (55) top buraxdı.
Ötən çempion “İnter”in məhsuldarlığının azlığı diqqət çəkir. Təsadüfi deyil ki, çempionatı 8-ci yerdə bitirən “Gəncə” (33) “bankirlər”dən (29) çox qol vurdu. 2-ci “altılığ”ın çempionu olan “Qəbələ” isə ilk “altılıq”dakı bir çox komandalardan az qol buraxdı. Onu da unutmaq olmaz ki, komandanın latviyalı qapıçısı Pavel Doroşev çempionatda 12 oyunda 952 dəqiqə “quru seriya”ya malik olmaqla, mövsümün rekordçusu oldu. “Qəbələ” buraxdığı qolların sayına görə lider “Neftçi” cəmi 1 top az buraxdı.
Çempionatımızın son qolunun müəllifi isə azərbaycanlı futbolçu oldu. Bu, “Gəncə” klubun yarımmüdafiəçisi Elxan Əzizov oldu. 22 yaşlı futbolçu Zaqatalanın “Simurq” klubu ilə səfər oyununun 89-cu dəqiqəsində fərqləndi. Maraqlıdır ki, bu, Elxanın Premyer Liqamızda debütü idi. O, “Gəncə”nin əvəzedicilərindən cəlb edilərək, əsas komandada ilk oyunundaca qol vurmağı bacardı. Düzdür, bu, gəncəlilərə məğlubiyyətdən qaçmaq baxımından kömək olmadı – 3:4.
Digər maraqlı məqam odur ki, çempionatımızın ilk qoluna da I diviziona düşən komandanın futbolçusu imza atmışdı. Söhbət I turda avqustun 7-də “Gəncə” ilə səfər oyununun 71-ci dəqiqəsində fərqlənən Zaqatalanın “Simurq” klubunun gürcü hücumçusu Baçana Sxadadzedən gedir Hətta “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin oğlu olan bu gənc hücumçu ilk qolu aldığına görə Peşəkar Futbol Liqasının mükafatına layiq görülmüşdü. Düzdür, Baçana hələ ilk dövrədən sonra icarədə oynadığı “Simurq”dan müqavilə ilə məxsus olduğu “İnter”ə qayıtdı.
Göründüyü kimi, 286 gün davam edən ötən çempionatımızda həm ilk, həm də son qol eyni komandaların, yəni “Gəncə” ilə “Simurq”un görüşündə baş verdi. Özü də hər iki halda, qonaqlar fərqləndi. Bu, əvvəl Gəncədə, sonda Zaqatalada oldu.
Mehman SÜLEYMANOV

0
0