Tanınmış rusiyalı futbolçudan Azərbaycan çempionuna dəstək
20.05.2011 - 13:03
“Keçmiş komanda yoldaşım Georgi Demetradzenin aqibəti haqda qəzetdə oxudum. Bilirəm ki, onu Gürcüstanda 6 illik həbs ediblər. Ancaq bu hadisə mənə qəribə gəlir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının sabiq futbolçusu Dmitri Xoxlov deyib. Moskva “Dinamo”sunun 35 yaşlı kapitanı “Bakı” klubunun heyətində 2009-cu ildə Azərbaycan çempionluğunu qazanan Georgi Demetradzeni yaxşı tanıyır. Belə ki, Xoxlov həmyaşıdı olan gürcü hücumçu ilə İspaniyada “Real Sosyedad”da komanda yoldaşı olub.
Demetradzenin müdafiəsinə qalxan tanın rus futbolçu ona dəstək verib: “Mənə elə gəlir ki, biz bütün həqiqəti bilmirik. Georgi heç vaxt fırıldaqçı ola bilməz! O, hər şeyə – həyata, futbola asan baxırdı. Buna görə də sona kimi açılmadı. Ancaq mən inanmıram ki, Demetradze quldurlarla əlaqədə ola, kiməsə hədə-qorxu gələ bilərdi. O, belə insan deyildi”.
Qeyd edək ki, Georgi totalizatorda qanunsuz işlərə görə həbs olunub.

0
0