AFFA-nın dünya çempionatı ilə bağlı növbəti təbliğatı - FOTOSESSİYA
20.05.2011 - 17:01
AFFA 17 yaşadək qızlardan ibarət komandalar (U-17) arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatının təbliğatı ilə bağlı fəaliyyətini davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün Xəzər Universitetinin mərkəzi binasında keçirilən Məzun Yarmarkasında U-17 qızlar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvləri də iştirak edib. Onlar mötəbər yarışın təbliğatını aparıb, dünya çempionatının təşkili ilə bağlı görülən işlər barədə tələbə və məzunlara ətraflı məlumat veriblər.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0