Daha 2 futbolçumuz milli komandadan kənarda qaldı
20.05.2011 - 16:13
Azərbaycan milli komandası heyətlə bağlı növbəti problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, millimizin bu gün Bakıda başlayan təlim-məşq toplanışına dəvət olunmuş daha 2 futbolçu zədə üzündən hazırlıqdan kənarda qalıb. Bunlar müdafiəçilər Cəmşid Məhərrəmovla (“Bakı”) Aqil Nəbiyevdir (AZAL). Yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts “Neftçi”nin müdafiəçisi Ruslan Əmircanovu toplanışa dəvət edib.
Qeyd edək ki, bunadək AZAL-ın milliləşdirilən nigeriyalı müdafiəçisi Usim Nduka ilə “Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədov hazırlıqdan kənarda qalmışdı. Elvin zədəli, Usimin isə ailə vəziyyəti ilə əlaqədar xaricdə olduğu bildirilib.
Mənbə: affa.az

0
0