“Azərbaycan yığması ilə oyuna 3 futbolçumun çağırılmağı mənim üçün xoşdur”
21.05.2011 - 12:03
“Futbolçularımdan Azərbaycan milli komandası ilə oyuna yalnız Sergey Qridinin çağırılması haqda informasiyam var. Əlbəttə, İqor Yurinlə Aleksandr Kislitsına da – 3 futbolçumuza dəvət göndərilməsi mənim üçün çox xoşdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın “Tobol” klubunun baş məşqçisi Ravil Sabitov deyib.
Komandanı ötən mövsüm çempion edən, Bakının “Neftçi” klubunun Çempionlar Liqasında potensial rəqibi olan rusiyalı mütəxəssis Azərbaycan milli komandası ilə iyunun 3-də rəsmi oyuna Qazaxıstan yığmasına çağırılan futbolçularını dəyərləndirib: “3 futbolçumuzun yığmaya dəvət edilməsi bir daha onu göstərir ki, komandanız çempionatda öz yerində deyil. Qridini götürək, o, hələ ötən mövsüm I liqada “Tsesna”da oynayanda heç kimə maraqlı deyildi. İstənilən Qazaxıstan klubunda yer ala bilərdi. Ancaq “Tobol”a, oradan da yığmaya düşdü. Yurinə görə çox şadam. O, çoxdan milli komandanın rəhbərliyinin maraq dairəsində olmalı idi. Ancaq bunun məhz mənim vaxtında olması da xoşdur”.
Sabitov “Tobol”da rəhbərliyi altında oynamış, sonradan “Lokomotiv”ə keçən Nurbol Jumaskaliyevlə bağlı da fikirlərini bildirib. O, Qazaxıstan ən yaxşı futbolçularından birini milimizlə görüşə çağırılmamağını anlamır: “Əlbəttə, Jumaskaliyevin niyə yığmaya çağırıldığını deyə bilmərəm. Onun yeni kollektivə uyğunlaşmaq bağlı probleminin olduğunu düşünmürəm. Nurbol bütün futbolçuları ölkə çempionatından və yığmadan yaxşı tanıyır”.

0
0