“Böyük Fil” Bakıya səfər öncəsi aqibətlə üzləşdi
21.05.2011 - 12:30
Braziliya milli komandasının son dünya çempionu edən baş məşqçi Luis Felipe Skolari əməlindən qalmır. Apasport.az saytının məlumatına görə, 2002-ci ildə bu uğuru qazanan “Böyük Fil” ləqəbli braziliyalı mütəxəssis yenə hakimlərlə problemə görə cəzalandırıb. Vətənində “Palmeyras” klubunu çalışdıran Skolari “Korintians”la görüşü idarə edən Paulo Sezar de Oliveyranın bağlı açıqlamalarına görə 6 oyunluq cəzalandırılıb.
San-Paulo əyalət çempionatının yarımfinal matçında referinin qərarlarına qızan mütəxəssis onu tərəfkeşlikdə günahlandırıb. Skolarinin fikrincə, baş hakim öncədən hazırlanmış qərarlar alıb. Onun açıqlamaları cəzasız qalmayıb və 25 min dollar cərimə də kəsilib. “Palmeyras” bu hakimin oyuna təyin edilməyinə də qarşı çıxa da, bu, təyinatı edən komissiyanın fikrinə dəyişdirməmişdi.
Qeyd edək ki, Skolari hələ 2007-ci ildə Portuqaliya millisinin baş məşqçisi kimi yığmamızla rəsmi oyunla əlaqədar Bakıya gələrkən də cəzalı idi. Onda da hakimə dediklərinə görə diskvalifikasiya olunan mütəxəssis UEFA-nın sərt üzünü görmüşdü. Nəticədə Skolari komandasının Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə qalib gəldiyi oyunu arenadan yox, oteldə televizordan izləməli olmuşdu.

0
0